"Azad edilən Vejnəli kəndində Azərbaycanın ən böyük qızıl yataqlarından biri yerləşir" - Hikmət Hacıyev
    • 30-10-2020, 15:36
    • 629

"Azad edilən Vejnəli kəndində Azərbaycanın ən böyük qızıl yataqlarından biri yerləşir" - Hikmət Hacıyev

"Bu gün işğaldan azad edilən Zəngilan rayonunun Vejnəli kəndində Azərbaycanın ən böyük qızıl yataqlarından biri yerləşir. İşğalçı Ermənistan tərəfindən Vejnəli və Kəlbəcərdə çıxarılan qızıllar istismar edilirdi".

News24.az xəbər verir ki, bunu Baş Prokurorluğun keçirdiyi brifinqdə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib:"Çox müsbət haldır ki, bu qızıl yataqları azad edilib. Bundan sonra Azərbaycan xalqının mənafeyi naminə istifadə olunacaq".