"Bu illər ərzində işğalçı dövlət tərəfindən maddi-mənəvi irsin dəyişdirilməsi müşahidə edilib" - Hikmət Hacıyev
    • 30-10-2020, 14:40
    • 489

"Bu illər ərzində işğalçı dövlət tərəfindən maddi-mənəvi irsin dəyişdirilməsi müşahidə edilib" - Hikmət Hacıyev

"Bugünə qədər Ermənistan Respublikası mövcud hakimiyyətin məsuliyyətini üzərindən ataraq qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyirdi".

News24.az
xəbər verir ki, bunu Baş Prokurorluğun keçirdiyi brifinqdə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, Ermənistnın Azərbaycana qarşı hərbi təcavüzünün bariz nümunəsi Xocalı soyqırımıdır: "Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində mədəniyyət abidələrinin və mədəni irsin məhv edilməsi təcavüz siyasətinin təzahürüdür. Bu illər ərzində işğalçı dövlət tərəfindən maddi-mənəvi irsin, demoqrafik vəziyyətin dəyişdirilməsi müşahidə edilib. 

Dövlət başçımızın tapşırığı əsasında faktlar toplanır və cinayət işləri başlanır".