AMEA-da kütləvi ixtisarlar başladı: çox sayda işçi çıxarıldı
    • 13-10-2018, 21:00
    • 1 008

AMEA-da kütləvi ixtisarlar başladı: çox sayda işçi çıxarıldı

Azərbaycan Milli Elmlər Akademiyasında ixtisarlar aparılır.
Bu ilin sentyabr ayından başlayaraq AMEA-nın müxtəlif institutlarında işçilər ixtisar edilir.
Mənbəmizin verdiyi məlumata görə, işçilərin işdən çıxarılması demək olar ki, bütün institutları əhatə edir.

Bundan əlavə AMEA-da bir neçə institutun da ləğv edilərək, digərləri ilə birləşməsi söhbətləri yayılıb. Bir-birinə yaxın, törəmə institutlar ləğv ediləcək və digər institutlara birləşdiriləcək. Bu zaman isə ləğv edilmiş institutun texniki və bəzi işçiləri işini itirəcək.

Məlumata görə, AMEA bu addımı atmaqla əlavə xərclərdən qurtulmağı hədəfləyir.

//yenicag.az