-
- 3-11-2020, 12:13
- 1 516
“Onlar məni susdurmaq istəyirlər, amma alınmayacaq” - MAKSİM ŞEVÇENKO - MÜSAHİBƏ
Rusiyalı tanınmış jurnalist, siyasi ekspert Maksim Şevçenkonun News24.az-a müsahibəsi:
- Maksim Leonardoviç, Qarabağ məsələsi ilə bağlı mövqeyinizə görə sizə ermənilər və ya ruslar tərəfindən təzyiqlər varmı?
- Əlbəttə... Hazırda çox böyük təzyiq altındayam. Bu məsələdə xüsusi olaraq bir nəfərin adını çəkə bilərəm, Yevgeniy Priqojınin. O, son günlər bütün media resursları vasitəsilə mənə qarşı çıxır, mənim iflasım üçün əlindən gələni edir. O, bütün bunları məhz qondarma Dağlıq Qarabağ Respublikasının mövcudluğunu qəbul etdiyi üçün edir. Priqojın Ermənistanı dəstəkləyir. Bununla yanaşı, sosial şəbəkələrdə həm özümün, həm də ailəmin ünvanına bir çox aqressiv və təzyiq dolu mesajlar alıram. Hətta bəzi erməni saytlarında haqqımda çoxlu məqalələr dərc olunur, hər birində də təzyiq var. Bunların heç birindən qorxmuram. Çünki hesab edirəm ki, düzgün yoldayam. Mən düşünürəm ki, erməni xalqının özü yaşanan vəhşilikdən xilas olmalıdır. Fikirimcə, ermənilər öz qonşuları ilə sülh və firavan şəraitdə yaşamaq istəyirlər. Onları illərlə bir yalana inandırıblar. Bu isə düzgün addım deyil. Çünki mən bilirəm ki, erməni xalqı heç də qonşuları ilə müharibə şəraitində yaşamağı istəməzdi, əksinə sülh yoluyla bir-biri ilə dil tapmağı istərdilər. Amma çox tə'ssüf ki, hazırda erməni vandallığı vəziyyəti tam fərqli yönə çevirir.
- Sizcə, bundan sonra sülh danışıqları effektiv ola bilərmi?
- Hesab edirəm ki, hər iki ölkənin siyası gücləri, elitası bir araya gəlsə, torpaqlar danışıqlar, sülh yolu ilə geri qayıda bilər. Çox təəssüf ki, ermənilərin daxilində fikirlər müxtəlifdir. Ona görə də müharibədən başqa yol qalmır. İlk olaraq Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir, daha sonra hər iki ölkə arasında danışıqlar aparılıb müqavilə bağlanmalıdır. Ondan sonra da Türkiyə ilə Ermənistan arasında sərhəd açıla və iqtisadi əlaqələr qurula bilər. Bu isə bilavasitə Ermənistanın çiçəklənməsinə gətirib çıxaracaq. Bir neçə gün öncə İzmirdəydim. İnanın ki, türklər zəlzələnin vurduğu ziyanı aradan qaldırmaq üçün var gücləri ilə çalışırlar. Xüsusilə də orda günü-gündən çoxalan körpülər məni valeh etdi. Sualınıza cavab olaraq isə onu deyə bilərəm ki, bəli, mülki əhali sülh istəyir. Bilirsiniz kim sülhü istəmir? Xaricdə yaşayan erməni oliqarxlar. Hansılar ki erməniləri idarə edir.
- Siz yəqin ki, fikir vermisiniz, həmkarınız Vladimir Solovyov hər verilişində Azərbaycana və bizim ölkəmizi təmsil edən qonaqlara qarşı aqressiya nümayiş etdirir. Onun bu qərəzli mövqeyi haqda nə deyə bilərsiniz?
- Düzdür, mən söz azadlığının tərəfdarıyam, amma gərək, o, birtərəfli olmasın. İntellektual totalitarizmın əleyhinəyəm. Mən öz verilişimdə qonaqlarımın mövqeyinə qarışmıram, amma Vladimir proqramlarında özünün istədiyi açıqlamaları eşitməyi sevir. Onlar məni susdurub yolumdan döndərmək istəyirlər, amma alınmayacaq. Müzakirələr olmalıdır, lakin düzgün şəkildə. Atışmadansa, müzakirə daha yaxşıdır. Solovyev niyə birtərəfli danışır, bunu bilmirəm, amma xatırlayırsınızsa, bir neçə gün öncə onun Qod Nişanovla səs yazısı ortaya çıxmışdı. Orda da onun fikir, mövqe dəyişimi açıq-aydın hiss olundu (gülür).
- Belə birtərəfli vəziyyət təkcə Vladimir Solovyovun verilişində yaşanmır, digər layihələrdə də var. Bu nədən qaynaqlanır?
- Çünki Ermənistanın Rusiyada güclü lobbisi var. Çox təəssüf ki, azərbaycanlılar bununla bağlı heç bir iş görməyiblər. Bir zamanlar Rusiya açıq şəkildə media qurumlarını satışa çıxarırdı və ermənilər də dərhal onları əldə edirdilər. Baxmayaraq ki, Rusiyada milyonerlər var.
Gərək, 15 il öncə azərbaycanlılar bununla bağlı iş görərdilər. İndi bu haqda danışmaq bir az gecdir. Onlar oyunu qanunlara görə oynadılar, amma siz kənarda qaldınız. Hazırda bir media qurumu belə azərbaycanlıların nəzarətində deyil, amma ermənilər ən güclü telekanalların sahibidirlər. Hətta 15 il öncə Solovyevun hələ cavan, saçlarının pırtlaşıq vaxtında bir videosu var idi, orda o deyir ki, mənim üçün Ermənistan Yerevan və Stepanakertdən ibarətdir. Görünür, o, erməni oliqarxların rəğbətini qazanmaq üçün belə deyib.
- Ermənistan Silahlı Qüvvələri bu arada mülki əhaliyə qarşı terror aktları həyata keçirir. Nəticədə körpələrimiz, qadınlarımız, mülki əhalimiz həlak olur. Bu vəhşiliyə münasibətiniz necədir?
- Bu, mənim üçün hərbi cinayət deməkdir. Onlar terror aktı həyata keçirirlər. O, partlayışlar hərb meydanında deyil, məhz mülki əhalinin yaşayış yerlərində baş verib. Məncə, bu, birbaşa mülki əhalini məhv etməyə yönəlib. Nəticədə əsgər formasını geyinən yox, sadə vətəndaş həlak olur. Bu cür addımlar müharibə qanunlarına ziddir. Biz anlamalıyıq ki, bu cür atışmalar yalnız və yalnız terrorçuluğa yönəlib. Onlar Azərbaycandan analoji cavab istəyirlər, amma görməyəcəklər. Azərbaycan Ermənistan kimi mülki əhaliyə qarşı belə çirkin əməllər həyata keçirməyəcək. Deyirlər ki, döyüş Ermənistan tərəfdə olsa Rusiya buna qarışacaq, amma inanmıram ki, belə bir vəziyyət yaransın. Rusiya niyə qarışmalıdır ki? Müharibə artıq başlayıb. Azərbaycan Ermənistana qarşı aqressiya nümayış etdirmir, amma onlar edir. Ona görə də düşünürəm ki, hazırda çox gərgin və çətin mübarizə gedir.
- Sizi Azərbaycanla nə bağlayır?
- Məni sizin ölkənizlə ilk olaraq bağlayan qüvvə yaxın dostlarım idi. Orxan və Heydər Camal qardaşları. Amma çox təəssüf ki, onları itirdim. Bununla yanaşı, Azərbaycanda hələ də Sovet hökumətinin ab-havası hiss olunur. Bu mənim üçün çox vacib hallardan biridir. Çünki mən sovet vaxtında doğulub, boya-başa çatmışam, inkişaf etmişəm. Heydər Əliyev də Sovet hökümətinə çox dəyər verirdi. Hesab edirəm ki, Dağlıq Qarabağ konfliktini məhz Qorbaçov yaradıb ki Heydər Əliyevin siyası gücü zəifləsin. Amma hər şey tam fərqli oldu. Azərbaycan hazırda müstəqil və inkişaf etmiş ölkələrdən biridir, orda bütün millətlərin haqqları qorunur. Bu, çox gözəl bir şeydir. Hətta yerli ermənilər belə düşünürəm ki, müharibə bitdikdən, sülh müqaviləsi imzandıqdan sonra Bakıya, Sumqayıta qayıdacaqlar. Məncə, insanlar Azərbaycanı hələ tam tanıya bilməyiblər. Halbuki sizin çox gözəl dəyərləriniz, mədəniyyətiniz, xalqınız var. Baxın, mən Rüstəm İbrahimbəyovla həmsöhbət olanda çox rahat oluram. Çünki onun rusdilliliyi heç Moskvada belə yoxdur. Bir çox intellektli azərbaycanlılar rus dilində möhtəşəm danışırlar. Cənab Prezident İlham Əliyevin də danışığı çox səlis və qüsursuzdur, aksenti çox gözəldir. Əsl intellektli rus ziyalıları kimi danışır. İnanın ki, bu aksenti mən Rusiyada tapa bilmirəm. Sizin rus mədəniyyətinə olan simpatiyanız məni valeh edir. Çox təəssüf ki, Azərbaycan mədəniyyəti haqda çox az bilirik, amma düşünürəm ki, bu problem də tezliklə həll olunacaq. Onu da deyim ki, Qusmanla həmsöhbət olmaq mənə çox xoşdur. Çünki qarşımda əsl bakılı görürəm. Azərbaycanda istədiyim mövzu haqda danışa bilərəm. Azərbaycanı Heydər Əliyevə görə çox sevdim. Ermənilərə ən böyük tövsiyəm odur ki, Azərbaycanın inkişafına baxıb addım atsınlar, nəinki kiminsə torpağını işğal etməklə başlarını qarışdırsınlar.
Sevda Bayramova