Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır - MN
    • 3-11-2020, 10:29
    • 336

Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır - MN

Ermənistan tərəfinin cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya əvvəlki mövqelərinə atıldığı barədə yaydığı məlumat qətiyyən həqiqətə uyğun deyil.

Bu barədə News24.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

"Azərbaycan Ordusu cəbhənin bütün sahələrində düşmən üzərində tam taktiki və atəş üstünlüyünə malikdir. Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır", - məlumatda qeyd olunub.