Paşinyan Ermənistanda yeni doğulan körpələri və anaları əsir götürüb
    • 4-11-2020, 17:16
    • 562

Paşinyan Ermənistanda yeni doğulan körpələri və anaları əsir götürüb

Ermənistan hakimiyyəti ölkənin bütün əhalisini Qarabağdakı döyüşlərə cəlb etmək üçün  yeni doğulmuş körpələrə doğum şəhadətnaməsi verməkdən imtina edir.

News24.az xəbər verir ki, bu barədə "Hraparak" saytı erməni vəkil Robert Ayrapetyana istinadən məlumat yayıb.

Bildirilib ki, yeni doğulan uşaqların atası könüllü şəkildə döyüşlərə getməyəcəyi təqdirdə övladlarına doğum şəhadətnaməsi verilməyəcək. 

Bununla da Nikol Paşinyanın əslində erməni körpələrini və analarını girov saxladığını vurğulayıb. Vəkil qeyd edib ki, ümumiyyətlə N.Paşinyanın ağlı yoxdur. O, hakimiyyəti riyakarlıqda günahlandırıb.