-
- 5-11-2020, 18:30
- 611
Adil Əliyev Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüşüb
Noyabrın 5-də Milli Məclis Sədrinin müavini Adil Əliyev Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimovla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a verilən məlumata görə, görüşdə Adil Əliyev Qazaxıstanla Azərbaycan arasında münasibətlərin tarixi köklərindən danışıb, bu əlaqələrinin hazırda da yüksək səviyyədə olmasından məmnunluğunu bildirib.
Vitse-spiker münasibətlərimizin inkişafında ümummilli lider Heydər Əliyevin və Qazaxıstanın ilk Prezidenti-Elbası Nursultan Nazarbayevin rolunu xüsusi vurğulayıb. Dostluq və əməkdaşlıq ənənələrinin hazırda hər iki ölkənin rəhbərliyi tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Adil Əliyev ali qanunvericilik orqanları arasında xoş münasibətlərin qurulmasında parlamentlərarası dostluq qruplarının fəaliyyətinin önəmli yer tutduğunu diqqətə çatdırıb və Milli Məclisin Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq görülən işlərdən, qarşılıqlı fəaliyyətin inkişaf perspektivləri barədə fikirlərini bildirib. Vitse-spiker ikitərəfli müstəvidə uğurla inkişaf etməkdə olan dostluq münasibətlərimizlə yanaşı, digər nüfuzlu parlament təşkilatları çərçivəsində uğurlu əməkdaşlığımızdan söhbət açıb.
Sədr müavini Ermənistanın ölkəmizə qarşı törətdiyi təxribatlar barədə də səfirə geniş məlumat verib. Erməni silahlı qüvvələrinin döyüş meydanında müzəffər ordumuzla bacara bilmədiyini gördükdə, Azərbaycanın mülki əhalisini hədəfə almasını, 27 sentyabrdan başlayan hücumların nəticəsində bu günə qədər 91 nəfər mülki vətəndaşımızın həlak olduğunu, 400-dən çox vətəndaşımızın xəsarət aldığını diqqətə çatdırıb. Dağıdılan infrastruktur, yandırılan mülki obyektlər və fərdi yaşayış evləri, ölkəmizin flora və faunasına dəyən külli miqdarda ziyan barədə danışıb. Adil Əliyev ölən və yaralananların içərisində çoxlu sayda uşaq, qoca və qadınların olmasına, raket zərbələrinin cəbhə xəttindən kilometrlərlə kənarda yerləşən yaşayış məntəqələrinə tuşlanmasına xüsusilə diqqət çəkib. Qeyd edilib ki, hücumlar zamanı Ermənistan qadağan olunmuş silahlardan istifadə edir və bununla Çenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozur.
Həmçinin, səmimi görüş üçün minnətdarlığını bildirən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdukərimov iki qardaş ölkə arasında uzun illərdi davam edən dostluq münasibətlərinin hər keçən gün daha da dərinləşməsini bildirib. Bu dostluq və strateji tərəfdaşlıq münasibətlərimizin inkişafında parlamentlərarası əməkdaşlığın önəmli yeri olduğunu deyib. Qonaq Qazaxıstanın Dağlıq Qarabağ münaqişəsinin həllində dost və qardaş Azərbaycanın mövqeyini müdafiə etdiyini, ölkəmizin ərazi bütövlüyünü tam dəstəklədiyini bəyan edib. Səfir bu yaxınlarda Bərdə şəhərinə etdiyi səfər zamanı Ermənistanın mülki əhaliyə qarşı törətdiyi vəhşiliyi gözləri ilə gördüyünü, bundan bərk təsirləndiyini, dinc əhaliyə qarşı bu münasibətin qəbul edilməz olduğunu ifadə edib.