-
- 7-11-2020, 09:47
- 610
Abşeronda rüşvət alan məmurların məhkəməsi başlayır
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Anar Poladov və həmin şöbənin əməkdaşları Səbuhi Rzayev, Afiq İbadovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
News24.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Əli Məmmədovun sədrlik etdiyi kollegiya baxacaq.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi birgə yaydığı məlumata əsasən, İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumu ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılıblar.
Onlara Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə ittiham verilib və barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.