Bakıda həbs edilmiş vəzifəli məmurlarla bağlı YENİ XƏBƏR
    • 23-07-2019, 11:05
    • 864

Bakıda həbs edilmiş vəzifəli məmurlarla bağlı YENİ XƏBƏR

Qida Təhlükəsizliyi Agentliyinin rüşvtə görə həbs edilmiş əməkdaşlarından yeni xəbər var.

News24.az-ın məlumatına görə, barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1-ci, yəni, rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsi ilə iş açılan Araz Qazıyev və Elvin Nağıyevin işi Bakı Ağır Ciayətlər Məhkəməsinə göndərilib. İş hakim Siyavuş Hacıyevin icraatına verilib.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi ilə  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalarla Agentliyin Bakı regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti bölməsinin sektor müdiri Elvin Nağıyevin həmin sektorun məsləhətçisi Araz Qazıyev ilə cinayət əlaqəsinə girərək paytaxtın Binəqədi rayonu ərazisində qanunsuz heyvan kəsimi ilə məşğul olan Röyal Əliyevin istifadəsində olan ət mağazasının fəaliyyətinin məhdudlaşdırılmamasından ötrü 150 manat və eyni məqsədlə Sabunçu rayonu ərazisində yerləşən Zeytun emalı zavodunun ərazisində antisanitar şəraitdə quş kəsimi ilə məşğul olan Taleh Bəbirovdan 300 manat məbləğində rüşvət almalarına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Həmin vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə ittiham elan olunmaqla E.Nağıyev barəsində məhkəmənin qərarı ilə həbs, A.Qazıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.