Bakı və bölgələr üzrə koronavirusa yoluxma göstəricisi açıqlanıb
    • 8-11-2020, 10:33
    • 808

Bakı və bölgələr üzrə koronavirusa yoluxma göstəricisi açıqlanıb

Azərbaycanda COVID-19-a yoluxma hallarının rayon və şəhərlər üzrə statistikası açıqlanıb.

News24.az xəbər verir ki, yoluxmanın 54,4%-i Bakının payına düşür.

Sonrakı yerlərdə - Abşeron 14,1 faiz, Aranda 10,7 faiz, Gəncə-Qazax 7,0 faiz, Lənkəran 4,0 faiz, Şəki-Zaqatala 3,2 faiz, Quba-Xaçmaz 2.,9 faiz, Dağlıq Şirvan 1,8 faiz, Yuxarı Qarabağ 1,1 faiz, Naxçıvanda isə 0,07 faizdir.

Ölkə xaricindən gələn şəxslərin isə 0.8 faizi virusa yoluxub.

Bakının rayonlarına gəlincə, ən yüksək göstərici Binəqədidə (14,6%) qeydə alınıb. Sonrakı yerdə 12,8%-lə Xətai, 11,5%-lə Yasamal, 11,4%-lə Sabunçu, 8.4%-lə Nəsimi, 8,2%-lə Suraxanı, 7,3%-lə Nərimanov, 7,3%-lə Nizami, 6,5%-lə Qaradağ, 6,2%-lə Xəzər, 4,8%-lə Səbail, 0,3%-lə Pirallahı gəlir.