"Azərbaycan xalqının həmrəyliyi və ölkəmizin müstəqilliyi əbədi olsun!" - Mehriban Əliyeva
    • 12-11-2020, 12:12
    • 502

"Azərbaycan xalqının həmrəyliyi və ölkəmizin müstəqilliyi əbədi olsun!" - Mehriban Əliyeva

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Konstitusiya günü münasibəti ilə xalqı təbrik edib.

News24.az xəbər verir ki, təbrikdə deyilir:

"Əziz həmvətənlər!

Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Ölkəmizin bu illər ərzində keçdiyi yol xalqımız üçün azadlıqdan, dövlət müstəqilliyindən, sarsılmaz birlikdən dəyərli heç nə olmadığını göstərdi! Azərbaycan xalqının həmrəyliyi və ölkəmizin müstəqilliyi əbədi olsun! Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Uca Tanrı sevimli, doğma Azərbaycanımızı qorusun!".