-
- 12-07-2018, 14:58
- 4 424
Yol qəzasında ölən şəxsə görə nə qədər sığorta ödənilməlidir?
Bu gün baş vermiş dəhşətli yol hadisəsi diqqətimiz yol qəzaları zamanı sığorta ödənişlərinin edənilməsinə yönəldir. Adətən Bakı şəhərində yollarda nəqliyyatın hərəkəti çox sıx olur. Hər hansı bir qəza baş verərkən sürücülərin avtomobili yerindən tərpətməyib sığorta agentlərinin gəlməsini gözləməsi də tıxacların yaranmasına səbəb olur.
News24.az-ın apardığı araşdırmalara görə, baş verən yol qəzası nəticəsində sürücülər arasında anlaşma olarsa, bu halda sığorta şirkətinin əməkdaşını gözləmədən qəzaya uğramış avtomobilləri hadisə yerindən kənarlaşdırmaq olar.
Əgər hadisə baş veribsə, sürücü ziyan dəymiş avtomobili evakuator vasitəsilə də zədəni dəyişdirmədən sığorta şirkətinə istənilən yerdə təqdim edə bilər. Sığortaçıya o maraqlıdır ki, avtomobil sahibi onu aldatmasın, avtomobildəki əvvəldən olan zədəni də hadisə baş verən vaxt yaranan zədə kimi təqdim etməsin. Hadisəyə hüquqi qiymət verilməsinin sığortaçıya heç bir aidiyyəti yoxdur. Hüquqi qiymət vermək yol polisi və digər hüquq-mühafizə orqanlarının işidir.
Qanunvercilik yol-nəqliyyat hadisəsində zədələnmiş nəqliyyat vasitəsinin məhz hadisə yerində sığortaçıya təqdim edilməsini nəzərdə tutmur. Zədələnmiş avtomobilin konstruksiyasını dəyişilmədən istənilən yerdə bu, həyata keçirilə bilər. "İcbari sığortalar haqqında" qanunun 58.2-ci maddəsində göstərilən hallarda - müvafiq qurumun yol-nəqliyyat hadisəsini təsdiqləyən sənəd hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə, hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə, dəymiş zərərin həcmi 1000 manatdan çox olmadıqda, hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda tələb olunmur.
Bəs qəza zamanı ölüm hadisəsi baş verərsə necə?
Qanuna əsasən, hansı sürücü bu hadisədə günahkardısa, onun məsuliyyətini sığortalamış sığorta şirkəti tərəfindən zərərçəkmişlərə sığorta ödəniş verilməlidir. Sürücü ilə icbari sığorta müqaviləsini bağlamış sığorta şirkəti, dünyasını dəyişən şəxsə birdəfəlik 5000 manat sığorta ödənişi ödəməlidir, sağlamlıqlarına zərər vurulan şəxslərə isə zərərin dərəcəsinə görə ödəniş edilməlidir. Yüngül xəsarətdirsə, 700 manatdan başalayaraq ödəniş edilir. Hadisə nəticəsində xəsarət alaraq birinci və ikicinci qrup əlil olan şəxslərə isə 3500 manata qədər ödəniş edilir.
İlhamə