"Dağlıq Qarabağın müstəqilliyini heç kim tanımayıb" - Rusiya Prezidenti
    • 17-11-2020, 22:09
    • 437

"Dağlıq Qarabağın müstəqilliyini heç kim tanımayıb" - Rusiya Prezidenti

"Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımadı. Bu da Azərbaycanın öz ərazilərini qaytarmağa çalışdığını göstərir".

News24.az xəbər verir ki, bu sözləri "Rossiya 24" telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin deyib. O bildirib ki, Dağlıq Qarabağın müstəqilliyini heç kim tanımayıb:"Bu, beynəlxalq hüquq baxımından nə deməkdir? Azərbaycan hesab etdiyi əraziləri və bütün dünya ictimaiyyətinin Azərbaycan ərazisini hesab etdiyi əraziləri geri qaytardı. Bu baxımdan ona bu işdə müəyyən yardım göstərəcək hər hansı bir müttəfiq seçmək hüququ var idi".