Natavan Həbibi boşandığından XƏBƏRSİZDİR - AÇIQLAMA
    • 18-11-2020, 12:20
    • 2 180

Natavan Həbibi boşandığından XƏBƏRSİZDİR - AÇIQLAMA

Bu gün reper Dadonun "İnstagram" səhifəsində paylaşdığı son postu diqqət çəkib. Reper həyat yoldaşı müğənni Natavan Həbibi ilə birgə lentə alınan fotonu paylaşaraq "Çox heyif, amma biz boşandıq" şərhini yazaraq, həyat yoldaşını şəkildə işarələyib.

Xəbərlərin nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək üçün müğənni ilə əlaqə saxladıq.

N.Həbibi News24.az-a sözügedən paylaşımla bağlı bunu deyib: "Harada görmüsünüz o yazını, şəkili? Niyə mənim bundan xəbərim yoxdur ki? Mən bildiyim qədəri ilə bizdə hər şey yaxşıdır. Yəqin səhifəsini sındırıblar. Xəbərsizəm..." 

Qeyd edək ki, cütlüyün boşanma xəbərləri dəfələrlə yerli mediada yazılıb.

Sevda Bayramova