Ovda dostunu güllələdi
    • 15-10-2018, 17:16
    • 1 022

Ovda dostunu güllələdi

Bərdə rayonunda ov zamanı ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Rayonun Gulgəzli kənd sakini, 24 yaşlı Sadiq Tapdıqbəyli dostu və sinif yoldaşı olan Yaşar Kərimovu güllələyib. Nəticədə 24 yaşlı Yaşar Kərimov aldığı güllə yarasından hadisə yerində ölüb.
Bərdə rayon Prokurorluğundan "Report"un yerli bürosuna bildirilib ki, hadisəni törədən S.Tapdıqbəyli saxlanılaraq istintaqa cəlb edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.