Ermənilər Ağdamı da tərk edərkən evləri yandırırlar - VİDEO
    • 19-11-2020, 11:30
    • 486

Ermənilər Ağdamı da tərk edərkən evləri yandırırlar - VİDEO

Ağdamda qanunsuz məskunlaşan ermənilər oranı tərk edərkən mağaza və evləri yandırırlar.

News24.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.

Kənddən çıxan Armen adlı sakin agentliyə öz ərzaq mağazası, daha sonra isə evini yandıracağını söyləyib.

Xatırladaq ki, ermənilər Kəlbəcəri də tərk edərkən oradakı evləri yandırır, ətraf mühitə ziyan verir.