Ölkədə yalnız aptek və ərzaq mağazaları işləyəcək
    • 19-11-2020, 14:05
    • 868

Ölkədə yalnız aptek və ərzaq mağazaları işləyəcək

2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumat yayıb.