"Dədələrimizin məzarlarını gedib ziyarət edib, dualarımızı oxuyacağıq" - GÜNEL
    • 20-11-2020, 10:27
    • 958

"Dədələrimizin məzarlarını gedib ziyarət edib, dualarımızı oxuyacağıq" - GÜNEL

Türkiyədə yaşayan həmyerlimiz müğənni Günel Zeynalova Ağdamın düşməndən azad edilməsi ilə bağlı paylaşım edib.

News24.az xəbər verir ki, əslən Ağdamdan olan sənətçi bunları yazıb: "Gözümüz çox aydın olsun. Qarabağın gözü, gözəllik guşəsi. 30 illik həsrət sona çatdı. Baba yurdum artıq azadsan, bizim idin, indi də bizim oldun. İlk əvvəl atam Rəhman Zeynalovun, anam Zöhrə, gözünüz aydın. Dədələrimizin məzarlarını gedib ziyarət edib, dualarımızı oxuyacağıq. Çox şükür... Bütün ağdamlılar, gözümüz aydın".

Sevda Bayramova