-
- 20-11-2020, 14:11
- 1 668
"Uzun illərdən sonra Səxavətin qəbrini ziyarət edə biləcəyik" - FİRUZ SƏXAVƏT
"30 ildən sonra qardaşım Səxavətin qəbrini ziyarət edə biləcəyik. Tezliklə sənət yoldaşlarımızla birgə onun qəbrini ziyarət edəcəyik. Səxavətin məzarının yerində olub-olmadığını bilmirəm. Bircə onu bilirəm ki, ən qısa zamanda Ağdamımıza gedəcəyəm və Səxavətin məzarını ziyarət edəcəyəm. Mən özüm şəxsən hər kəsi orda bir-bir qarşılayacağam. Qardaşım Səxavətin ruhu bu gün şaddır. Tezliklə Ağdamıma getməyi arzu edirəm. 27 ildir gözlədiyimiz gün nəhayət ki, gerçəkləşdi. Millətimiz, Ordumuz, Cənab Ali Baş Komandanımız var olsun. Ən böyük dərdimizə, yaramıza məlhəm tapıldı. Çox şükür. Bütün Qarabağlıların gözü aydın olsun".
Bu sözləri News24.az-a açıqlamasında uzun illərdən sonra Ağdamına qovuşan Azərbaycanın Əməkdar artisti, muğam ifaçısı Firuz Səxavət deyib. Xanəndə, bu illər ərzində Ağdam həsrəti ilə yaşadığını və bu həsrətin bitdiyinə ürəkdən sevindiyini qeyd edib: "Bu hissləri heç bir sözlə ifadə edə bilmirəm. Bircə onu deyə bilərəm ki, Ağdamımız qayıtdı, biz yenə kəndimizə gedəcəyik".
Muğam ifaçısı Əliyar Məmmədov da həyəcanını News24.az-la bölüşüb: "Hisslərimi sözlə ifadə etmək çox çətindir. Mənim üçün bundan sevincli, kövrək, əziz gün ola bilməz. Həyatımda belə bir həyəcan yaşamamışdım. Mən daima Ağdamım haqda düşünürdüm, ora qayıtmağı arzu edirdim və nəhayət ki, həsrətə son qoyuldu. Əvəzsiz hisslər keçirirəm, nə yaxşı ki, biz məhz orda dünyaya göz açmışıq. İnanırsınız, dünən Səxavət yuxuma girmişdi. Əslində çox nadir hallarda yuxuma girirdi, amma dünən gəlmişdi. Kəndimizdə, həyətimizdə idik. Çox kövrək məqamlar keçirirəm. Tezliklə doğma yurduma getmək istəyirəm. Ağdamımda ilk ata-babalarımızın yatdığı qəbirtsanlığı ziyarət edəcəm".
Sevda Bayramova