Bu şəxslərdən koronavirus testi götürülməyəcək
    • 26-11-2020, 19:32
    • 526

Bu şəxslərdən koronavirus testi götürülməyəcək

Simptomsuz təmaslılardan koronavirus testlərinin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulub.

TƏBİB-dən News24.az-a bildirilib ki, gün ərzində götürülən testlərin sayı çox olduğundan bu, laboratoriyaların iş həcminə təsir göstərir: "Nəticədə, təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur. Bu problemin aradan qaldırılması məqsədilə simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb".