Ermənilər əsirlikdə olan Amin Musayevin fotosunu yaydılar
    • 27-11-2020, 16:45
    • 869

Ermənilər əsirlikdə olan Amin Musayevin fotosunu yaydılar

İkinci Qarabağ müharibəsində yaralı şəkildə Ermənistana əsir düşən Azərbaycan Ordusunun hərbçisi Amin Musayevin yeni fotosu yayılıb.

News24.az xəbər verir ki, onun fotosunu “Infoteka 24” yayıb.

Bildirilib ki, A.Musayev hazırda xəstəxanada müalicə alır.

Qeyd edək ki, əsir götürülən iki azərbaycanlı əsgərin ( Amin Musayev və Bayram Kərimov) döyüşlərdən sonra ukraynalı jurnalist Aleksandr Xarçenko və erməni əsgərlər tərəfindən ilkin tibbi yardım göstərildiyini əks etdirən videolar yayılıb.