Mənə dəyən ən böyük zərbə atamın əsir düşməyi oldu.

Bunu "Şou ATV"nin efirində əməkdar artist Sevinc Sarıyeva deyib.

Xanəndə Ağdamın ermənilər tərəfindən işğalı zamanı atasının düşmənə əsir düşdüyü barədə danışarkən göz yaşını saxlaya bilməyib:

"Atamın o yaşda əsir düşməyi mənim sənətimə də, səhhətimə də təsir etdi. Bunu heç vaxt efirlərdə danışmamışam. Atam əsirlikdə olar... Atamın şahidi olduğu hadisələri efirdə danışa bilmirəm. Deyirdim "Qağa, birdənə de. Mən bunları diktafona yazım".

Dedi mən ömür boyu haqqımı halal etmərəm ki, nə mən əsir düşdüyümə görə göz yaşı tökməyin, nə də ki heç bir vaxt onun pulunu alıb yeməyin".

//Milli.az

loading...

Video