“Qarabağda atəşkəsə nəzarət üzrə Mərkəzin işi ilə bağlı ruslarla əməkdaşlığımız davam edir” - Akar
    • 30-11-2020, 18:21
    • 745

“Qarabağda atəşkəsə nəzarət üzrə Mərkəzin işi ilə bağlı ruslarla əməkdaşlığımız davam edir” - Akar

“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin işi ilə bağlı ruslarla əməkdaşlığımız planlaşdırılmış qaydada davam edir”.

News24.az xəbər verir ki, bunu bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında qəbul edilən atəşkəs razılaşmasından sonra noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirləri arasında qəbul edilən memorandum çərçivəsində Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Mərkəz yaradılıb. /APA/