DİN Ramiz Zeynalovun işdən çıxarılması barədə məlumatı təkzib etdi
    • 2-12-2020, 12:44
    • 965

DİN Ramiz Zeynalovun işdən çıxarılması barədə məlumatı təkzib etdi

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun tutduğu vəzifədən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. 

Qeyd edək ki, bu gün bəzi KİV-də Ramiz Zeynalovun tutduğu vəzifədən azad olunması ilə bağlı məlumatlar yayılıb.