"Gözəl olan hər şey Azərbaycanda var!" - ALLA PUQAÇOVA
    • 3-12-2020, 17:04
    • 924

"Gözəl olan hər şey Azərbaycanda var!" - ALLA PUQAÇOVA

Rusiyanın Xalq artisti, divası Alla Puqaçova Azərbaycana dəstəyini nümayiş etdirib.

News24.az xəbər verir ki, Puqaçova "Nargis magazine" jurnalının "İnstagram" səhiəsində təbrik mesajını çatdırıb: "Azərbaycan çox şeyi xatırladır. İlk növbədə sadə və bacarıqla göstərilən qonaqpərvərliyi. Mən buranı müxtəlif illərdə görmüşəm, köhnə, ecazkar və yenilənmiş, lakin hələ də bütün müasir gözəlliyi ilə valehedici olduğu anında. Azərbaycan çox gözəl və dost bir ölkədir. Bir sözlə, gözəl olan hər şey Azərbaycanda var!"

Sevda Bayramova