Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti Azərbaycan Ordusuna Yardım Fonduna köçürüləcək
    • 8-12-2020, 14:32
    • 343

Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti Azərbaycan Ordusuna Yardım Fonduna köçürüləcək

Prezident İlham Əliyev "Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanının ləğv edilməsi barədə" fərman imzalayıb.

News24.az xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabinetinə Silahlı Qüvvələrə yardım Fondu ləğv edildiyi gündən onun balansında qalan vəsaitin Azərbaycan Ordusuna Yardım Fondunun xüsusi xəzinə hesabına köçürülməsini təmin etmək tapşırılıb.