Sivas Cümhuriyyət Universiteti Azərbaycandan olan 50 şəhid övladına TƏHSİL VERMƏK İSTƏYİR
    • 9-12-2020, 15:25
    • 553

Sivas Cümhuriyyət Universiteti Azərbaycandan olan 50 şəhid övladına TƏHSİL VERMƏK İSTƏYİR

"Türkiyənin Sivas Cümhuriyyət Universiteti Azərbaycanda şəhid ailələrindən olan 50 nəfərə təmənnasız təhsil verməyə hazırdır".

News24.az
xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat məlumat verib.

O bildirib ki, TÜİB Azərbaycanda Qarabağ şəhidləri ilə bağlı “Tək millət, tək ürək” adlı kampaniyaya start verib: “Kampaniya dəyərli millət vəkili Ramil Həsənlə birlikdə həyata keçirilir. Şəhidlərimiz millət, vətən üçün öz canlarını fəda etdilər, biz də onlara öz borcumuzu ödəmək üçün şəhid ailələrini ziyarət edir, əlimizdən gəldiyi qədər onlara maddi-mənəvi şəkildə dəstək oluruq”. /apa.az