Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ZİYARƏT EDİB - YENİLƏNİB
    • 12-12-2020, 10:41
    • 737

Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ZİYARƏT EDİB - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

News24.az xəbər verir ki, Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirilib.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzülüb.

***

10.08

Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

News24.az xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səslənib.

Prezident görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri düzüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.