"Torpaqlarımız azad olunmuşdu, inanırdım ki, girovlarımız da qayıdacaq" - Şahbaz Quliyevin bacısı
    • 14-12-2020, 19:41
    • 407

"Torpaqlarımız azad olunmuşdu, inanırdım ki, girovlarımız da qayıdacaq" - Şahbaz Quliyevin bacısı

"Artıq 7-ci ilə keçmişdi. Hazırda sevincimin həddi-hüdudu yoxdur. Torpaqlarımız azad olunmuşdu. İnanırdım ki, girovlarımız da qayıdacaq. Allah dövlətimizi qorusun, prezidentimizə can sağlığı versin. Onun sayəsində, ordumuzun sayəsində girovlarımız da azadlığına qovuşdu. Çox sevinirəm. Allah dəstək olan hər kəsə kömək olsun".

Bu sözləri News24.az-a açıqlamasında Şahbaz Quliyevin bacısı İradə Quliyeva deyib. O bildirib ki, hələ qardaşı ilə görüşməyib:"Hələ görüşməmişik. Deyir ki, bir-iki gündən sonra görüşəcəyik. Sağlamlığı barədə də heç bir məlumatım yoxdur. Onu yəqin ki, sonradan deyərlər". 

Teymur Məmmədov