"Allah o uşaqları qətlə yetirənlərin bəlasını versin, min əvəzini görsünlər" - HAKAN AKKAYA - EKSKLÜZİV
    • 23-10-2020, 17:17
    • 1 073

"Allah o uşaqları qətlə yetirənlərin bəlasını versin, min əvəzini görsünlər" - HAKAN AKKAYA - EKSKLÜZİV

"Allah bizim Prezidentimizə can sağlığı versin. Çünki o, həm Azərbaycana, həm Türkiyəyə, həm də Kıbrısa vaxt və diqqət ayırır. Biz də daim onun yanında olan bir xalq kimi hər zaman onun atdığı addımları dəstəkləyirik".

Bu sözləri News24.az-a eksklüziv açıqlamasında tanınmış modelyer Hakan Akkaya deyib.

O, erməniləri qınadığını bildirib: "Azərbaycana görə çox üzülürəm, erməniləri isə qınayıram. Onlar alçaqcasına oyun oynayırlar. Bu dövrdə ermənilərin bizim torpaqlarımızı işğal etmələrini heç cür qəbul etmirəm və etməyəcəm də. Allah o, uşaqları qətlə yetirənlərin bəlasını versin, min əvəzini görsünlər. Xəbərləri gördükcə içim qan ağlayır. Nəinki mülki əhaliyə, hətta əsgərlərə belə hücum edən erməniləri çox qınayıram. Çünki əsgərlər də insandır. Güman edirəm ki, tezliklə bu şərəfsizlər özlərinə gələcək və bu qətli sonlandıracaqlar. Biz Ermənistanın yox öz torpaqlarımızda mübarizəmizi aparırıq. Təbii ki, Qarabağ bizimdır və bizim də olacaq. Dualarım hər zaman Azərbaycanladır. Axıra qədər də sizin yanınızdayam və sizi dəstəkləyəcəyəm".

Sevda Bayramova