Ucarda karantin qaydalarını pozan kompüter oyunları zalı aşkar olunub
    • 16-12-2020, 14:43
    • 469

Ucarda karantin qaydalarını pozan kompüter oyunları zalı aşkar olunub

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən kompüter oyunları zalı aşkar edilib.

DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan News24.az-a verilən məlumata görə, xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə obyektin sahibi də daxil olmaqla, ümumilikdə 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.