-
- 17-10-2018, 14:45
- 1 065
“Əli yağlı olsa öz başına çəkər” – Bu dələduzlara aldanmayın – VİDEO
Bu məsələ dəfələrlə gündəmə gəlsə də, problem azalmaq əvəzinə daha da artır.
ARB TV News24.az-a xəbər verir ki, söhbət falçılardan gedir.
Kimdən soruşsan fala, falçıya inanmadığını deyir, amma falçıların sosial şəbəkələrdəki hesablarının izləyiciləri 40 mini ötür.
Sakin: “İnanmıram, qətiyyən də getmərəm”.
Sakin: “Falçının əli yağlı olsa öz başına çəkər”.
Sakin: “Eşitmişəm, amma heç vaxt sınamamışam”.
Sosial şəbəkələrdə özlərini reklam edən falçılar kifayət qədərdir. Onlara inananların sayı da az deyil və bu rəqəm durmadan artır. Fürsətdən istifadə edib, biz də özümüzü inanan kimi təqdim etdik. Konkret məkan tapmasaq da, telefonla rahat əlaqə qura bildik.
Falçı ilə telefon danışığı: “Öz metodlarımla fala baxıram, ödəniş əvvəlcədən olacaq. 50-100 manat arasında dəyişir”.
Sosial şəbəkələrdə özlərini falçı adlandıran şəxslər başqa nömrələrdən tərif mesajları yazıb, sosial şəbəkələrdə yayır və insanları şirnikləndirərək müştəri qazanırlar. Daha çox müştəri cəlb etmək istəyənlərin özünəməxsus maraqlı üsulları bununla bitmir.
Aygün Cəfərova – Psixoloq: “Biz həmişə deyirik ki, ailədaxili münaqişələrdə və başqa problemlərdə psixoloqa müraciət olunmalıdır. Lakin, insanlar falçıya gedir və inanırlar. Onların xarakteri zəifdir”.
Aidiyyatı orqanlar isə bu fırıldaqçılarla mübarizədə ictimaiyyətdən dəstək gözləyir. Özlərini falçı adlandıranlardan zərər çəkənlər polisə müraciət etsələr, problem həllini tapar.