-
- 19-12-2020, 11:26
- 522
Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanıb
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş şəxsin yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, şəhər sakini Nazilə Padarova sanitar-karantin rejimi qaydaları izah olunmasına və polis əməkdaşları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yaşadığı evi tərk edib.
Polislər tərəfindən onun olduğu yer müəyyən olunub və tibbi prosedurlar da gözlənilməklə koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdirilib.
Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan N.Padarova barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.