Daha bir koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb
    • 19-12-2020, 11:00
    • 477

Daha bir koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş şəxsin yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Bu barədə News24.az-ın Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, şəhər sakini Nazilə Padarovaya sanitar-karantin rejimi qaydaları izah olunmasına və polis əməkdaşları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, yaşadığı evi tərk edib. Polislər tərəfindən onun olduğu yer müəyyən olunub və tibbi prosedurlar da gözlənilməklə koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan N.Padarova barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.