Yeni medalın təsis olunması layihəsi I oxunuşda QƏBUL EDİLDİ

Yeni medalın təsis olunması layihəsi I oxunuşda QƏBUL EDİLDİ
HADİSƏ

22-12-2020, 11:51

Mətn ölçüsü

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

News24.az xəbər verir ki, dəyişikliklə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı" təsis olunur.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.