Daha 19 COVID-19 xəstəsinə cinayət işi başlanıldı
    • 23-12-2020, 10:56
    • 494

Daha 19 COVID-19 xəstəsinə cinayət işi başlanıldı

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildiirlib ki, dekabrın 22-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılaraq yaşadıqları evlərə qaytarılıb.

19 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.