Koronavirus xəstəsi Mingəçevirdə karantin postunda saxlanılıb
    • 24-12-2020, 13:53
    • 482

Koronavirus xəstəsi Mingəçevirdə karantin postunda saxlanılıb

Oğuz rayon sakini Nasif Həsənovun COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicəyə cəlb edilməsinə və sanitar-karantin qaydaları izah edilməsinə baxmayaraq o, yaşadığı ünvanı tərk edib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, N.Həsənov yaşadığı rayondan gələrək Mingəçevir şəhərinə daxil olmaq istəyərkən karantin postunda Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Əraziyə həkim briqadası dəvət olunub və həmin şəxs yaşadığı ünvana göndərilib.

N.Həsənov barəsində Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.