-
- 17-12-2020, 12:56
- 529
Qəbələdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi, rayonun Bum qəsəbə sakini Tural Yaqubovun virusun yayılmasına şərait yaratdığı müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, COVID-19 virusunun daşıyıcısı olan T.Yaqubova xəbərdarlıq edilməsinə baxmayaraq o, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən həmin şəxs ictimai məkanda hərəkətdə olarkən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.
T.Yaqubov barəsində Qəbələ RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb.