Əsgərlərin divara yazdığı yazılar Prezidentin diqqətini çəkdi - VİDEO
    • 24-12-2020, 14:05
    • 516

Əsgərlərin divara yazdığı yazılar Prezidentin diqqətini çəkdi - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Qubadlı və Zəngilana səfər ediblər.

News24.az xəbər verir ki, səfərdən videogörüntüləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün İnstaqram səhifəsində paylaşıb.
Dövlət başçısı Qubadlının Xanlıq kəndi ərazisində olarkən ermənilərin Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırılmasından danışıb.

Bundan başqa, əsgərlərimiz tərəfindən evlərin divarlarına yazılan yazılar Prezidentin diqqətini çəkib: "Bu da bizim qəhrəman əsgərlərimizin adları. Öz adlarını yazıblar bu evlərin üzərində. Biləsuvar, Şabran, Sabirabad, Şuşa, Oğuz..."