Bir gözünü itirən qazimiz şəhidlər üçün AĞLADI - VİDEO
    • 27-12-2020, 16:02
    • 983

Bir gözünü itirən qazimiz şəhidlər üçün AĞLADI - VİDEO

"Dalğa TV"-də məşhur prodüser Tarix Əliyevin aparıcılığı ilə yayımlanan "Günə bir şou" verilişinin növbəti buraxılışı maraqlı məqamlarla yadda qalıb.

News24.az xəbər verir ki, proqramda qazilərimiz iştirak ediblər. Onlar haqda tamaşaçılara geniş məlumatlar verilib. Buraxılışın ən kövrək məqamı müğənni Günel Məhərrəmovanın çıxışı zamanı olub. Sənətçinin ifa elədiyi "Ağlama şəhid anası" adlı mahnı Vətən Müharibəsində bir gözünü itirən qazimiz Pərvin Abdullayevi ağladıb.

Sözügedən görüntüləri təqdim edirik:

Sevda Bayramova