Bakı məktəblərinin 122 müəllimi Vətən müharibəsində iştirak edib
    • 28-12-2020, 11:17
    • 386

Bakı məktəblərinin 122 müəllimi Vətən müharibəsində iştirak edib

Təhsil işçiləri də Azərbaycanın öz torpaqları uğrunda haqq savaşı apardığı Vətən Müharibəsində fəal iştirak edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən News24.az-a verilən məlumata görə, idarənin tabeliyindəki təhsil müəssisələrində çalışan 127 təhsil işçisi müharibə dövründə Azərbaycan Ordusunun sıralarına qoşulub.

Onlardan 122-si müəllim, 5-i direktor müavinidir.