Çingiz Mustafayev Şuşada - VİDEO
    • 28-12-2020, 11:57
    • 717

Çingiz Mustafayev Şuşada - VİDEO

Xəbər verdiyimiz kimi, bir qrup sənət adamı Şuşaya yollanıb.   

News24.az xəbər verir ki, onlardan biri də gənc müğənni Çingiz Mustafayevdir. Sənətçi Şuşa Qalasında əsgərlər üçün sevilən mahnısı "Ana mən Şəhid oldum"u canlı olaraq ifa edib. Ç. Mustafayev ziyarətindən lentə alınan görüntüləri "İnstagram"da paylaşıb.

O, videonu bu cür şərh edib: Əziz dostlar! Şuşa ziyarətimizin səbəbini yanlış yerlərə yozan şəxslər var. Biz Şuşaya konsert verməyə, əylənməyə yox şəhidlərimizi anmağa, əsgərlərimizə dəstək olmağa gəlmişik. Bu möcüzəvi torpaqları vətənimizin igid övladlarının canı - qanı bahasına geri almışıq. Bu torpaqlar bizim üçün çox dəyərlidir. Allah hər kəsə bu gözəl torpaqlara gəlməyi qismət etsin. Tanrı ordumuzu qorusun!

Sözügedən görüntünü təqdim edirik:

Sevda Bayramova