Maliyyə naziri deputatların büdcə ilə bağlı təkliflərinə münasibət bildirib
    • 29-12-2020, 11:19
    • 457

Maliyyə naziri deputatların büdcə ilə bağlı təkliflərinə münasibət bildirib

“Hamımızın böyük şərəflə yaşadığımız günlərdən dərhal sonra Milli Məclisə təqdim olunan dövlət büdcəsinin layihəsi parlamentdə müzakirə edilib. Əksər deputatlar öz təkliflərini bildiriblər”.

News24.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, öz doğma yurdlarına qayıdacaq vətəndaşların sosial müdafiəsi məqsədilə vəsaitin artırılması imkanlarına baxılması təklifləri olub: “Digər istiqamət isə dövlətimizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün əlavə vəsaitin artırılması olub. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə hazırda işğaldan azad olunmuş ərazilərdəki infrasturtura, insanlara dəymiş maliyyə ziyanının öyrənilməsi üçün sürətlə işlər aparılır. Bu qiymətləndirmələr yekunlaşdıqdan sonra maliyyə ehtiyyatları müəyyənləşəcək”.