-
- 29-12-2020, 16:12
- 357
Vəzifəyə təyin olunan qadınların sayı artıb
Əvvəlki illərlə müqayisədə dövlətin idarə olunması və qərarların qəbul edilməsində qadınların təmsilçiliyində irəlilkəyişlər əldə olunub.
News24.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə illik məlumatında əksini tapıb.
Sənədə əsasən, 2005-ci ildə üçüncü çağırış Milli Məclisdə qadınlar 14 nəfər (11,2 %) təşkil edirdisə, 2020-ci ildə altıncı çağırış parlamentdə 22 nəfər ( 18,2 %) olub. Qanunverici orqanın sədri qadın seçilib.
Bundan başqa, 1 nəfər qadın nazir vəzifəsinə təyin edilib, nazir müavini olan qadınların sayı 3 nəfərdən 8 nəfərə yüksəlib, 3 nəfər səfir və bir nəfər konsul qadındır.
Əksər yerli icra hakimiyyəti başçılarının müavinlərindən biri qadındır. 2013-cu ildə bu rəqəm 35 nəfər idisə, hazırda 76 nəfərə çatıb.
Məhkəmələrdə haklim qadınların sayı 78 nəfərdir, yəni 14 % təşkil edir.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə hazırlanan hesabat Milli Məclisin sabah keçiriləcək iclasında dinləniləcək.