5882 qadın bələdiyyə üzvü SEÇİLDİ - RESMİ
    • 25-12-2019, 15:39
    • 525

5882 qadın bələdiyyə üzvü SEÇİLDİ - RESMİ

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində 5882 qadın qalib olub. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən News24.az-a verilən məlumata görə, qadınların sayı ümumi qalib gələn namizədlərin 38,81%-ni təşkil edib. Seçilən kişilərin sayı 9272 nəfərdir. Əvvəlki seçkilərlə müqayisədə bu, Azərbaycan tarixində ilk belə göstəricidir.

Qeyd edək ki, 2014-cü ildəki bələdiyyə seçkilərində qalib olan qadınların sayı 35 faiz olub.