-
- 5-01-2021, 15:26
- 880
Yeni Mədəniyyət nazirinin DOSYESİ
Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.
News24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Anar Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 29 sentyabr 2004-cü il sərəncamına uyğun olaraq, Azərbaycanın BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatı – YUNESKO yanında Daimi Nümayəndəliyi təsis edilib və Azərbaycanın Fransadakı səfiri Eleonora Hüseynova daimi nümayəndə təyin olunub (2004-2014).
23 may 2014-ci il tarixindən bu günədək Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov idi.
Prezident İlham Əliyevin 2019-cu il iyulun 9-da – Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasının 100-cü ildönümü münasibətilə imzaladığı sərəncamla bir sıra diplomatik xidmət orqanı əməkdaşlarına, o cümlədən Anar Kərimova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Anar Kərimov 2019-cu ilin 30 iyun-10 iyul tarixlərində Bakıda keçirilən YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının iclasının təşkili və keçirilməsində özünü yaxşı tərəfdən göstərib. Məhz Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin və Mədəniyyət Nazirliyinin apardığı birgə iş nəticəsində Azərbaycanın Şəki Xan Sarayı nominasiyası YUNESKO-nun Dünya İrs Komitəsinin Dünya İrsi Siyahısına daxil edilib.
Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyi təbii olaraq YUNESKO-nun mənzil-qərargahının yerləşdiyi Fransanın paytaxtı Parisdə yerləşir.
Anar Kərimov rus, ingilis və fransız dillərini bilir.