Anar Kərimov ABŞ səfiri ilə görüşüb
    • 19-08-2020, 16:19
    • 877

Anar Kərimov ABŞ səfiri ilə görüşüb

Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqerlə görüşüb. 

News24.az-ın xəbərinə görə, bu barədə A. Kərimov “Twitter”də bildirib.

A. Kərimov qeyd edib ki, “Amerika guşələri” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu növbəti 2020-2023 illər üçün uzadılıb.

Görüşdə ABŞ və Azərbaycan arasında digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.