Koronavirusa yoluxma sayı 86,8 milyona çatdı
    • 6-01-2021, 11:03
    • 352

Koronavirusa yoluxma sayı 86,8 milyona çatdı

Dünya üzrə koronavirusa yoluxma sayı 86,8 milyona çatıb.

News24.az xəbər verir ki, bu barədə "Worldometer" saytı məlumat verib. Bildirilib ki, 6 yanvar tarixinə virusa yoluxma hallarının sayı 86 milyon 839.min 226-dır. Pandemiya qurbanlarının sayı isə bu günə qədər 1 milyon 876 min 243 nəfərdir.

Koronavirusun yayılmasına görə ABŞ, Hindistan və Braziliya ilk üçlükdə qərarlaşır.