“O, “Qarabağ”ın simvolu idi” - Qurban Qurbanov
    • 6-01-2021, 13:59
    • 816

“O, “Qarabağ”ın simvolu idi” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Niderlandın “volkskrant.nl” saytına açıqlama verib. 

News24.az xəbər verir ki, o, açıqlamasında azarkeşlərin stadionlara az gəlməsindən danışıb: 

““Ayaks”la eyni situasiyada olmaq istərdik. Orada rəhbərlik siyasətlə idmanın ayrı tutulmalı olduğunu deyə bilər. Ancaq bu, bizdə mümkün deyildi. Azarkeşlərimiz nə edə bilərlər? Əksəriyyəti Qarabağ işğal olandan bəri ölkənin müxtəlif yerlərində qaçqın kimi yaşayırlar. Ölkənin ən populyar klubuyuq. Buna baxmayaraq Bakıda keçirilən matçlarımızda tribunalarda 3000-dən çox tərəfdarımız olmur”.

Qurban Qurbanov açıqlamasında yarımmüdafiəçi Qara Qarayevdən də söz açıb. O bildirib ki, Q.Qarayev uşaq yaşlarında müharibə zorakılığından qaçmaq məcburiyyətində qalıb.