Qurban Qurbanov onu 20 min dollar cərimələdi
    • 30-10-2018, 15:25
    • 956

Qurban Qurbanov onu 20 min dollar cərimələdi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Donald Geryeyə sərt üzünü göstərib.

Haitili müdafiəçi 20 min dollar cərimələnib.

Adıçəkilən legionerin təcrübəli mütəxəssisin qəzəbinə tuş gəlməsinə səbəb millinin düşərgəsindən gec qayıtmasıdı. O, dönüş tarixindən yalnız 3 gün sonra klubun düşərgəsinə təşrif buyurub.

Donald yubanmasını şəxsi problemləri ilə əlaqələndirməyə çalışsa da, nizam-intizam məsələsində barışmaz mövqe tutan Qurbanov fikrindən dönməyib və ona böyük cərimə kəsib.

//Sportinfo.az